Ru
17:39 / 19 Yanvar 2026

Mircəfər Bağırovun əşyası 18 min manata satılır - FOTOLAR

Mircəfər Bağırovun əşyası 18 min manata satılır - FOTOLAR
Eye

Azərbaycanın keçmiş rəhbəri Mircəfər Bağırovun iş otağına aid nadir mebel satışa çıxarılıb.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, sözügedən mebelin 1951-ci il istehsalı olduğu və ondan yalnız bir ədəd hazırlandığı bildirilir.

Mebeli satışa qoyan şəxslərin sözlərinə görə, M.Bağırovun bu mebelin yanında dayandığını əks etdirən fotoşəkil də mövcuddur. Mebelin çəkisinin 100 kiloqramdan artıq olduğu qeyd edilir.

Əşyanın satış qiyməti 18 min manat olaraq müəyyənləşdirilib. Satışı həyata keçirən şəxslər əvvəlcə mebeli Rusiya bazarına çıxarmağı düşünsələr də, sonda onu Azərbaycan kolleksiyenerləri üçün təqdim etməyə qərar veriblər.

Məlumata görə, bu mebel Bakıda təsadüfən aşkarlanıb. Onun tarixçəsi barədə məlumatlar isə digər kolleksionerlər tərəfindən təqdim olunub.

Qeyd olunur ki, sözügedən mebel təxminən 10 il əvvəl də satışa çıxarılıb.

Xatırladaq ki, Mircəfər Bağırov 1933-1953-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1953-cü ilin aprel-avqust aylarında Azərbaycan SSR Nazirlər Sovetinin sədri olub. O, müxtəlif illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, Azərbaycan Dövlət Siyasi İdarəsinin və Azərbaycan Fövqəladə Komissiyasının rəhbəri vəzifələrində də çalışıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar