Ru
11:39 / 17 Mart 2021

Kafedə ad günü keçirənlər cərimələndi - FOTOLAR

Kafedə ad günü keçirənlər cərimələndi -  FOTOLAR
Eye

Balakəndə ad günü məclisi təşkil edənlər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakupost.az -a verilən məlumata görə, Balakəndə xüsusi karantin rejimi qaydalarının pozularaq ad günü məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.

Belə ki, martın 16-sı axşam saatlarında şəhər ərazisində yerləşən “5+” adlı kafedə oranı icarə əsasında işlədən, Hənifə kənd sakini Dilbər Mustafayevanın özünə doğum günü münasibətilə məclis təşkil etdiyi məlum olub.

Polislər tərəfindən obyektə baxış zamanı karantin qaydalarının pozulduğu aşkar edilib, D.Mustafayeva və qonaqlar barəsində qanunvericiliyə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub.

Kafedə ad günü keçirənlər cərimələndi -  FOTOLAR
Kafedə ad günü keçirənlər cərimələndi -  FOTOLAR
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar