Ru
17:39 / 24 Noyabr 2025

Kanadadan ABŞ-yə xəbərdarlıq – “Bu, keçid deyil, qopmadır”

Kanadadan ABŞ-yə xəbərdarlıq – “Bu, keçid deyil, qopmadır”
Eye

Cənubi Afrikada keçirilən “G20” Liderlər Zirvəsi başa çatıb. Kanadanın Baş naziri Mark Karni Yohannesburqda keçirdiyi mətbuat konfransında ABŞ-a mesaj verib. O, bildirib ki, Donald Tramp administrasiyası zirvəyə heç bir nümayəndə göndərməsə də, dünya ABŞ olmadan da iqtisadi məsələləri həll edə bilər.

Bakupost.az “Newsweek”ə istinadən xəbər verir ki, Kanada baş naziri vurğulayıb ki, “G20” qlobal iqtisadi ağırlığın dəyişdiyini göstərdi:

“Bu, sadə keçid deyil, qopmadır. Çox ölkə geosiyasi bloklara çəkilir. Qopmalar yeni quruculuq məsuliyyəti yaradır. Nostalgiya strategiya deyil”.

Kanada lideri qeyd edib ki, ABŞ iştirak etməsə də, zirvə ölkələri dünya əhalisinin 75%-ni, qlobal ÜDM-in və ticarətin böyük hissəsini təşkil edir. O həmçinin Tramp administrasiyası ilə ticarət danışıqlarına tələsmədiklərini bildirib.

Tramp yenidən hakimiyyətə qayıtdıqdan sonra Kanadanı “51-ci ştat etmək istəyi” haqda siqnallar verir, gömrük rüsumları ilə hədələyir və Kanadanın ikitərəfli ticarətdən çox qazandıqlarını iddia edir. Ottava isə ABŞ-dan kənar ixracı ikiqat artırmağı planlaşdırır.

Tramp, Cənubi Afrikanın ağdərili fermerlərə pis münasibət göstərdiyini irəli sürərək “G20” Zirvəsini boykot etmişdi. Qarşı tərəf isə bu iddiaları rədd edir və ölkədə irqçi ayrı-seçkilik olmadığını bildirir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar