Ru
12:09 / 13 Yanvar 2026

Kələm yükündən narkotik tapıldı

Kələm yükündən narkotik tapıldı
Eye

Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.


Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edilib ki, ölkəmizdən tranzit keçməklə İrandan Gürcüstana “kələm” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib və xidməti it qoşqudakı 13 kisəyə reaksiya verib.

Əsaslı yoxlama zamanı həmin kisələrdə fiziki görünüşcə “kələm” formasına salınaraq gömrük nəzarətindən gizlədilmiş, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 19 kiloqram 475 qram narkotik vasitə - marixuana aşkar edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar