Ru
17:14 / 07 May 2026

Kiçik və orta sahibkarlıqda radikal dəyişiklik gözlənilir?

Kiçik və orta sahibkarlıqda radikal dəyişiklik gözlənilir?
Eye

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu günlərdə Azərbaycanın artıq yeni iqtisadi modelə keçdiyini bəyan edib.

Onun fikrinə qüvvət olaraq Mərkəzi Bankın rəhbəri Taleh Kazımov da bəyan edib ki, yeni yanaşma kiçik-orta sahibkarların və investorların marağı üzərində inşa oluncaq.

Bu isə o anlama gəlir ki, yeni iqtisadi modeldə kiçik və orta sahibkarlığın inkişafına istiqmətlənəcək mühüm addımların atılması gözlənilir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Bakupost.az-a bildirib ki, kiçik və orta sahibkarların marağını təmin etmək üçün ilk növbədə oyun qaydaları təkmilləşdirilməlidir:

“Bu kifayət qədər mürəkkəb məsələdir. Hansısa formada, hansısa ölçülü sahibkarlıq subyektlərinin inkişafı ilə bağlı təyinatlı təşviq siyasəti həyata keçirmək təbii ki, mümkündür. Amma bütövlükdə götürdükdə, ölkədə fundamental biznes mühitinə dair oyun qaydalarının təkmilləşdirilməsi və liberallaşdırılmasına ehtiyac var. Yalnız bazara giriş və çıxış qaydalarının sərbəstliyi, kənar müdaxilələrin aradan qalxması baş verdikdən, inhisarçılığa qarşı həqiqi mənada mübarizə aparıb, real nəticə əldə edildikdən sonra daha spesifik təşviq metodlarına yönəlmək olar”.

Ekspertin sözlərinə görə, xarici ticarət sahəsində də kiçik və orta sahibkarlığa qoyulan məhdudiyyətlər aradan qaldırılmaldır:

“Maliyyə əlçatanlığı sahəsində problemlər, təşviqlərin əhatəli, davamlı olmaması kimi məsələlər də mühüm çatışmazlıq kimi qiymətləndirilir. Beynəlxalq qurumların təhliləri də göstərir ki, bir çox istiqamətlərdə kiçik və orta biznes üçün ciddi məhdudiyyətlər mövcuddur. Xüsusən də xarici ticarətlə əlaqədar məhdudiyyətlər sözügedən sahibkarlıq subyektlərinin inkişaf imkanlarını məhdudlaşdırır”.

Həmsöhbətimiz dövlətin bu sahədə öz müəssisələrilə təmsil olunmasını da məqbul hesab etmir:

“Başqa bir məsələ dövlətin özünün biznes subyekti kimi bazarda iştirakı məsələsidir. 5-6 min müəssisə ilə dövlət iqtisadiyyatın bütün sektorlarında bu və ya digər şəkildə təmsil olunur. Belədə rəqabət mühitində ədalət parametrləri ciddi şəkildə pozulur.
Bütün sadaladığım istiqamətlər üzrə paralel tədbirlər həyata keçirməklə sözügedən sahədə nəticə əldə edilməsi mümkündür. Bunun üçün də ciddi radikal dəyişikliklər olmalıdır”.

Rüfət Sultan, BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar