Ru
16:21 / 01 Sentyabr 2025

Kim Çen In xüsusi qatarla Çinə getdi

Kim Çen In xüsusi qatarla Çinə getdi
Eye

Şimali Koreya lideri Kim Çen In xüsusi qatarla Pxenyandan Pekinə gedib.

Bakupost.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi mənbələrə istinadən yazıb.

"Kim bu gün günorta saatlarında Pxenyanı qatarla tərk edib və hazırda yoldadır", - məlumatda deyilir.

Şimali Koreya lideri İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Çinə rəsmi səfərə gedib. Bu, onun xaricə on birinci səfəri olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar