Ru
15:10 / 01 Sentyabr 2025

Taliban rejiminin qaydaları Əfqanıstana yardımları çətinləşdirir

Taliban rejiminin qaydaları Əfqanıstana yardımları çətinləşdirir
Eye

Əfqanıstandakı qadağalar və məhdudiyyətlər zəlzələdən zərər çəkənlərə yardım göstərilməsinə mane olur.

Bakupost.az “Skynews”a istinadən xəbər verir ki, bunu “Oxfam” xeyriyyə təşkilatının icraçı direktoru Xalima Bequm deyib.

O bildirib ki, hazırda Fövqəladə Hallar Komitəsi, Britaniya Qırmızı Xaçı və digər təşkilatlarla əlaqə saxlayaraq ölənlərin sayını izləyir və lazımi yardım səviyyəsini müəyyənləşdirməyə çalışırlar.

Qeyd edək ki, ötən gün Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində ölənlərin sayı 800-ə, yaralıların sayı isə 2800-ə çatıb.


Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar