Ru
14:16 / 01 Sentyabr 2025

Rusiyadan Avropa Komissiyasının sədrinə qarşı təxribat - Təyyarəsinin GPS-i sıradan ÇIXARILDI

Rusiyadan Avropa Komissiyasının sədrinə qarşı təxribat - Təyyarəsinin GPS-i sıradan ÇIXARILDI
Eye

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin təyyarəsi Bolqarıstanın Plovdiv şəhərinin hava limanında məcburi eniş edib, ehtimal olunur ki, bu, Rusiyanın təyyarənin GPS-ini sıradan çıxaran hücumu səbəbindən baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə "Financial Times" öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, təyyarənin pilotları Plovdiv şəhərinin hava limanına enmək üçün kağız xəritələrdən istifadə etməyə məcbur olublar.

"Hava limanının bütün ərazisində GPS söndürülüb", - nəşrin mənbələrindən biri bildirib. "Bu, şübhəsiz ki, (kənar) müdaxilə səbəbindən baş verib".

Qeyd olunub ki, hava limanı ətrafında bir saat uçduqdan sonra pilot təyyarəni kağız xəritələrdən istifadə edərək endirməyə qərar verib.

Bolqarıstan Hava Nəqliyyatı İdarəsi "Financial Times"a verdiyi açıqlamada müdaxilə faktını təsdiqləyib.

Fon der Lyayen avqustun 31-də Baltik ölkələri, Finlandiya, Polşa, Rumıniya və Bolqarıstana turne çərçivəsində Bolqarıstana səfər edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar