Ru
15:04 / 01 Sentyabr 2025

Məktəb direktorunun ölkədən çıxışına "STOP" qoyuldu

Məktəb direktorunun ölkədən çıxışına "STOP" qoyuldu
Eye

Bakının Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-liseyinin direktoru, Əməkdar müəllim Nəzakət Əsgərovanın ölkədən çıxışına məhdudiyyət qoyulub.

Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, buna səbəb Nəzakət Əsgərovanın rəhbəri olduğu liseyin Dövlət Vergi Xidməti Bаkı şəhəri Lоkаl Gəlirlər Baş İdarəsinə 11353.19 manat vergi borcunun olmasıdır.

İdarə tərəfindən sözügedən borca görə, Əsgərova Nəzakət Arif qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə qətnamə qəbul edilməsi üçün müraciət edilib.

Məhkəmənin qərarı ilə 53 yaşlı direktorun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar