Ru
00:39 / 24 Yanvar 2026

Kirayə yolu ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Kirayə yolu ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR
Eye

Azərbaycanda mənzilə çıxış imkanlarının artırılması və sosial rifahın gücləndirilməsi məqsədilə həyata keçirilən kirayə evlər layihəsi üzrə yeni mərhələnin başlanması gözlənilir.

Layihəyə artan maraq fonunda İpoteka və Kredit Zəmanət Fondu yaxın dövrdə kirayə mənzil fondunun genişləndirilməsi istiqamətində əlavə addımlar atmağı planlaşdırır.

Bakupost.az xəbər verir ki, Baku.ws-in Fonddan əldə etdiyi məlumatda gələn il vətəndaşların tələbatı nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yeni kirayə mənzillərin alınaraq istifadəyə veriləcəyi bildirilir.

Hazırda layihə çərçivəsində Bakı şəhərində 8, Abşeron rayonunda 6, Sumqayıt şəhərində isə 3 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşlara təqdim olunub.

Yalnız bu il ərzində Bakı şəhərinin Binəqədi rayonunda Cəfər Xəndan küçəsində və Biləcəri qəsəbəsində, Sumqayıt şəhərində isə Sülh prospektində və Sahil küçəsində yerləşən yaşayış sahələri kirayəçilərin istifadəsinə verilib.

Qeyd edək ki, kirayə mənzil fondu üzrə işlər hazırda da davam etdirilir və yaxın perspektivdə layihənin coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar