Ru
23:41 / 23 Yanvar 2026

“Liverpul” - “Qarabağ” oyununa böyük maraq!

“Liverpul” - “Qarabağ” oyununa böyük maraq!
Eye

Yanvarın 28-də keçiriləcək UEFA Çempionlar Liqasının “Liverpul” - “Qarabağ” oyununa azərbaycanlı azarkeşlər tərəfindən böyük maraq var.

Bakupost.az Qol.az-a istinadən xəbər verir ki, İngiltərədə keçiriləcək matça “Qarabağ”ın artıq düz 1200-ə yaxın azarkeşi bilet alıb.

Qeyd edək ki, “Liverpul” - “Qarabağ” oyunu hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır və heç biri ən azı uduzmamağa çalışacaq. "Liverpul" qalib gəlməlidir ki, 1/8 finala vəsiqəni birbaşa təmin etsin. "Qarabağ"a isə "pley-off"a adlamaq üçün 1 xal da kifayət edəcək. Amma Ağdam klubunun nəzəri baxımdan həmin mərhələdə oynamaq şansı uduzsa belə qalacaq. Bu, digər bir neçə matçın nəticəsindən də asılı olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar