Ru
15:22 / 27 Oktyabr 2025

Kişilərdə süd vəzi xərçəngi artır

Kişilərdə süd vəzi xərçəngi artır
Eye

Azərbaycanda kişilərdə süd vəzi xərçənginin aşkarlanmasında artım müşahidə olunur.

Bakupost.az xəbər verir ki, bunu Report-a açıqlamasında həkim-onkoloq Nərmin Axundova "Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə mübarizə ayı" adlı tədbir çərçivəsində deyib.

Onun sözlərinə görə, bu artım xəstəliyin artması hesabına qeydə alınmır, sadəcə olaraq ölkədə kişilər də süd vəzi xərçəngi riskini gözə alaraq müayinələrə cəlb edilir:

"Çünki əvvəllər kişilər süd vəzi xərçəngi üçün müayinələrə gəlməkdən utanırdılar. Nəticədə daha gecikmiş mərhələlərdə müraciət edirdilər. Süd vəzi xərçənginin çox ağır ağrı simptomları yoxdur. Ona görə də kişilər həkimə müayinəyə yalnız gilənin batması, yaxud toxunduqda ağrı hiss etmələri səbəbindən gəlirdilər. İndi isə dəyişiklik hiss olunur və kişilər daha erkən vaxtlardan müayinələrə cəlb olunurlar".

Həkim-onkoloq həmçinin bildirib ki, hazırda hər səkkiz qadından birində süd vəzi xərçəngi aşkarlanırsa, bu göstərici kişilərdə daha azdır.

Xatırladaq ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar