Ru
22:46 / 27 Fevral 2026

Klinton “Epşteyn işi” ilə bağlı Konqresdə ifadə verəcək

Klinton “Epşteyn işi” ilə bağlı Konqresdə ifadə verəcək
Eye

ABŞ-nin keçmiş prezidenti Bill Klinton qalmaqallı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı ABŞ Konqresində ifadə verməyə başlayıb.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, iclas təhlükəsizlik və istintaqın gizliliyi səbəbindən tamamilə qapalı qapılar arxasında, media nümayəndələrinin iştirakı olmadan keçirilir.

Qeyd edək ki, bir gün əvvəl B. Klintonun həyat yoldaşı, ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton da Nümayəndələr Palatasının Nəzarət Komitəsində analoji dindirmədə iştirak edib. H. Klinton maliyyəçi ilə hər hansı əlaqəsinin olduğunu qəti şəkildə inkar edərək, Epşteynin cinayətkar fəaliyyətləri barədə heç bir məlumata malik olmadığını bildirib. O, öz adının bu işdə hallandırılmasını siyasi manipulyasiya və Donald Trampın fəaliyyətindən diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirib.

Xatırladaq ki, Epşteyn işi ilə bağlı ictimai maraq ABŞ Ədliyyə Departamentinin yanvar ayında 3 milyon səhifədən çox sənədi açıqlamasından sonra pik həddə çatıb. Fevralın 15-də sənədlərin açıqlanması prosesi yekunlaşıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar