Astroloqun fikrincə, müəyyən illərdə doğulan insanlar xüsusi xarizma və maqnetik enerji ilə seçilirlər. Bildirilir ki, planetlərin həmin dövrlərdəki yerləşməsi bu şəxslərə güclü xarakter və yadda qalan xüsusiyyətlər bəxş edib.
Bakupost.az Lent.az-a istinadla fərqlənən 4 doğum ili barədə məlumat verir.
1982-ci il
Astroloqun sözlərinə görə, 1982-ci ildə doğulanların bir çoxunun astroloji xəritəsində Tərəzi bürcü vurğulanır. Bu kombinasiya onları balans yaradan, diplomatik və münasibətləri qorumağa çalışan şəxslərə çevirir. Onlar güclü məsuliyyət hissinə malik olur və tez-tez ətrafdakılar üçün dayaq rolunu oynayırlar. Həyat dərsləri isə emosional açıqlıq və daxili harmoniya qurmaq üzərində qurulur.
1985-ci il
1985-ci ildə doğulanlar daha sirli və intensiv xarakterli hesab olunur. Onların həyatında güc mübarizəsi, dəyişiklik və daxili transformasiya mövzuları ön planda olur. Bu isə onları həm təsirli, həm də unudulmaz edir. Zaman keçdikcə emosional yetkinlik qazanan bu insanlar müdrik və dərin düşüncəli şəxsiyyətə çevrilə bilirlər.
1990-cı il
1990-cı ildə doğulanlar dünyaya fərqli prizmadan baxan nəsil kimi xarakterizə edilir. Onlar böyük planlar və ambisiyalarla böyüsələr də, həyatın ilk mərhələlərində gözlənilməz dəyişikliklərlə qarşılaşa bilirlər. Güclü iş etikası və məqsədləri var, lakin daxili qürur bəzən hisslərini açıq ifadə etməyə mane olur. Bu isə onları mürəkkəb və maraqlı şəxsiyyət kimi göstərir.
1999-cu il
1999-cu ildə doğulanlar qeyri-adi düşüncə tərzi və sərhədlərdən kənar yanaşmaları ilə seçilirlər. Onlar çox vaxt fərqli və müstəqil olurlar. Liderlik potensialı və diqqət mərkəzində olmaq bacarığı bu nəslin əsas xüsusiyyətləri kimi göstərilir. İrəli sürdükləri ideyalar zamanla geniş qəbul oluna bilər.