Ru
23:04 / 27 Fevral 2026

Pakistan ordusu açıqladı: “Taliban”ın yüzlərlə döyüşçüsünü məhv etdik!

Pakistan ordusu açıqladı: “Taliban”ın yüzlərlə döyüşçüsünü məhv etdik!
Eye

Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi, rəsmi sözçü Əhməd Çaudri son günlər sərhəd bölgələrində baş verən qarşıdurmalarla bağlı açıqlama verib.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, onun sözlərinə görə, Pakistan ordusunun hava və artilleriya zərbələri nəticəsində Əfqanıstan ərazisində fəaliyyət göstərən “Taliban” döyüşçülərindən 274 nəfəri öldürülüb, 400-dən çoxu yaralanıb.

Rəsmi açıqlamada həmçinin bildirilib ki, 115 tank, zirehli texnika və artilleriya silahı məhv edilib. Pakistan Hərbi Hava Qüvvələrinin əməliyyatları çərçivəsində 22 müxtəlif bölgədə hərbi obyektlərə zərbələr endirilib, 83 mövqe tamamilə dağıdılıb, əlavə 17 mövqe isə nəzarət altına götürülüb.

Eyni zamanda, Pakistan ordusu öz itkilərini də açıqlayıb: sərhəd boyu baş verən son döyüşlərdə ən azı 12 hərbçi həlak olub, 27 nəfər yaralanıb. Bu məlumatlar regionda vəziyyətin gərgin olduğunu bir daha ortaya qoyur və son günlər sərhəd bölgələrində artan qarşıdurmaların göstəricisi hesab olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar