Sentyabrın 8-də doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.
Bakupost.az xəbər verir ki, bu mərhələdə köçürülən 46 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.