Ru
23:18 / 05 Sentyabr 2019

"Komanda oyuna yaxşı hazırlaşıb" - Baş məşqçi

1338
“Komanda oyuna yaxşı hazırlaşıb. Futbolçular istəklidirlər və səbirsizliklə oyunun başlama saatını gözləyirlər. Sabah meydanda güclərindən maksimum dərəcədə istifadə edəcəklərinə əminəm".

BakuPost "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Milan Obradoviç evdə Slovakiya yığmasına qarşı keçirəcəkləri Avropa çempionatının seçmə qrup matçı barədə danışarkən deyib.

Serbiyalı mütəxəssis komandasından razılıq ifadə edib: "Heyətdə zədəli futbolçumuz yoxdur. Oyunçuların fiziki hazırlığı yaxşıdır, amma unutmayaq ki, 4 gün ərzində iki rəsmi oyun keçirəcəyik. Ümumiyyətlə, futbolçuların fiziki durumu nə qədər yaxşı olsa da, mən daha artığını istəyirəm. Oyunçularla mütəmadi olaraq həm fərdi, həm də komanda şəklində söhbətlər aparırıq. Onların psixoloji cəhətdən də oyuna hazır olmasına çalışırıq".

Obradoviç Slovakiya millisi barədə də danışıb: "Rəqiblərə gəldikdə, slovaklar Avropanın ən güclü yığmalarından biridir. Hazırkı komanda üzvlərini hələ Serbiya millisində işləyən vaxtdan tanıyıram. Düzdür, sabah bizə qarşı hansı heyətlə çıxacaqlarını bilməsəm də, futbolçular haqda məlumatlıyam. Onlar topu özlərində daha çox saxlamağı sevirlər”.

Qeyd edək ki, sentyabrın 6-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 20:30-da başlanacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər