Ru
13:24 / 31 May 2017

“Kontakt Home”la nazirliyin şərikli oyunu: 10 min telefon necə bloklanıb? - ŞOK

“Kontakt Home”la nazirliyin şərikli oyunu:  10 min telefon necə bloklanıb? - ŞOK
Eye

Azərbaycanda
bər-bəzəkli, hay-küylü reklamla bazara girmiş "Kontakt Home” mağazalar şəbəkəsi
mobil telefon alan müştərilərin başına olmazın müsibətlər gətirməkdə davam
edir.


BakuPost.az xəbər verir ki, bu məngənədə təkcə "Kontakt Home” mağazalar şəbəkəsi yoxdur. Onlarla
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də əlbirdir.


Belə ki,
"Kontakt Home” mağazalar şəbəkəsindən kreditlə mobil telefon alan müştəri bir
müddət sonra onu istənilən telefon mağazalarının birinə verərək satır.

Ancaq bu
zaman həmin telefonu qəbul edən dükan məhsulun "Kontakt Home”dan kreditlə
alınmasından xəbərsiz olur. Bu telefonu mağazaların birinə satan həmin müştəri
"Kontakt Home” firmasına olan kredit borcunu ödəmir.


Mağaza
isə həmin telefonu başqa bir müştəriyə satır. Mağaza ilə bərabər telefonu alan
müştəri də malın əvvəlki sahibinin "Kontakt Home” firmasına kredit borcu
olduğunu bilmir.


Nəticədə
bir müddət sonra kredit ödənişi edilmir deyə Kontakt Home” nazirliklə əlbir
olaraq məhkəməsiz, xəbərdarlıqsız vətəndaşın aldığı həmin telefonu kredit
gecikməsinə görə bloklayır.


Vətəndaş
telefonu alarkən onun kreditdə olduğu haqda ona nə məlumat verilir, nə də
imei.az saytına girərkən xəbər tuta bilir.


Belə bir
cəncəllə qarşılaşan yüzlərlə alıcı var və nazirliklə "Kontakt Home” mağazalar şəbəkəsi
məsuliyyəti bir-birinin üzərinə atmaqla açıq-aşkar fırıldağa yol verirlər.


Bu
mövzuda BakuPost.az aylar əvvəl də vətəndaşların şikayətlərini işıqlandırmışdı.
Amma nə problem həllini tapıb, nə bu özbaşınalığa son qoyulub, nə də şikayətlər
azalıb.


Bu günlərdə
redaksiyamıza müraciət edən vətəndaşlardan biri də analoji aqibətlə üzləşib.
Onun sözlərinə görə, nazirlik və şirkət onun başına oyun açıb.


Müştəri firmadan mobil telefon alarkən müqavilədə 600 manata qol çəkib. Sən
demə, həmin mobil telefonu Bakıdakı telefon dükanlarının birindən alıb. Ancaq
ona deyilməyib ki, telefonun ilk sahibi malı "Kontakt Home” dan kreditlə alıb və
borcunu ödəmir.


Kredit
ödəyicisi ödəniş etmədiyi üçün 3 il sonra həmin telefon koda salınıb. Hazırda
yüzlərlə belə müştəri oxşar vəziyyətlə qarşılaşıb. Heç bir məhkəmə qərarı və
bildirişi olmadan müştərilərin telefonları bağlanır.


Nazirlik
öz səlahiyyətində olmayan bir ixtiyarı "Kontakt Home” firmasına verib və şirkət
istədiyi vaxt həmin kredit borcu olan telefonları bloklaya bilir. Halbuki,
firmanın belə bir hüququnun olması qanunsuzluqdur.


Adlarının
çəkilməsini istəməyən mağaza sahiblərinin dediyinə görə, məsələlərlə bağlı
şikayətlərə nə nazirlik, nə şirkət işə
baxır: "Bu günə kimi 10 min belə telefon satılıb. Təsəvvür edin ki, dələduzluğun
miqyası nə qədərdir.


Nazirlik
də şirkətin oyununa şərik olub. Camaatın başına belə oyun açırlar”.


Yeri gəlmişkən,
2015-ci ildə telefonların IMEI kodlarını qeydiyyatdan keçirən imei.az saytı fəaliyyətə
başlayıb. Amma bu haqda ictimaiyyətə məlumat verilməyib. Əgər telefonun kredit
ödənişi varsa, bağlana biləcəyi haqda xəbərdarlıq həmin saytda qeyd
olunmalıdır.


Похожее изображение


Çünki
kreditlə telefon alan şəxs onu sonradan dükana və ya başqa birinə satır.
Telefonu alan isə kredit borcunun olduğunu bilmir. Nazirlik də IMEI kodu
bağlayır.


Nazirliyin
işi o kodu qeydiyyatdan keçirməkdir. Amma koda məhdudiyyət qoymaq onun səlahiyyətində
deyil. Bu məsələ məhkəmənin səlahiyyətindədir.

"Kontakt
Home” mağazalar şəbəkəsinin Hüquq şöbəsindən BakuPost.az-a bildirildi ki, imei
kod problemi nazirliyin səlahiyyətindədir və şirkətin heç bir məsuliyyəti
yoxdur.


NRYT-nin
mətbuat xidmətinə isə 2 gündür etdiyimiz zənglərə cavab verilmir.


Emil

BakuPost


“Kontakt Home”la nazirliyin şərikli oyunu:  10 min telefon necə bloklanıb? - ŞOK
“Kontakt Home”la nazirliyin şərikli oyunu:  10 min telefon necə bloklanıb? - ŞOK
Şərhlər
  • Vuqar Bekırov

    Bildiyimiz kimi 2020 ci il aptek və marketlərdə başqa bütün sahələrə ciddi ziyan vurdu. İş yerləri bağlandı vəya dayandı. Mende hal hazırda pondemiyanən qurbanıyam. Mart Dan işsizəm. Kontakt Homa kredit borcum var. İşləmədiyi üçün ödəyə bilmirem. Telefon götürmüşəm kreditə. Hal hazırda bloklanıb. Açdıra da bilmirem. Ancaq vifi işləyir

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar