Ru
17:09 / 18 Fevral 2026

Kreml 11 Rusiya vətəndaşına jest istəyir – 7 azərbaycanlıya isə 127 il cəza kəsir

Kreml 11 Rusiya vətəndaşına jest istəyir – 7 azərbaycanlıya isə 127 il cəza kəsir
Eye

“Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının azadlığa buraxılması Moskva ilə Bakı arasındakı münasibətlərdə prioritet olaraq qalır”.

Bakupost.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Rəsminin sözlərinə görə, bu məsələ Azərbaycan tərəfi ilə ikitərəfli təmaslarda mütəmadi şəkildə qaldırılır.



Diplomat vurğulayıb ki, Rusiyanın Azərbaycandakı səfirliyi saxlanılan şəxslərlə, eləcə də onların ailə üzvləri ilə daim əlaqə saxlayır. Zaxarova xatırladıb ki, Bakı istintaq təcridxanasında saxlanılan şəxslərə növbəti konsulluq girişi Azərbaycan tərəfindən 30 dekabr 2025-ci ildə təmin edilib.

“Biz bunu dəfələrlə qeyd etmişik: Rusiya vətəndaşlarının mümkün qədər tez azad edilməsi və vətənə qayıtması bizim üçün qeyd-şərtsiz prioritetdir və bu məsələni Azərbaycan tərəfdaşlarımızla ikitərəfli təmaslarda mütəmadi olaraq gündəmə gətiririk”, – deyə Mariya Zaxarova bildirib.

Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qeyd etmişdi ki, Rusiya vətəndaşlarının azadlığa buraxılması Azərbaycan tərəfindən xoşməramlı jest kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, hazırda Bakıda 30 iyun–1 iyul 2025-ci il tarixlərində saxlanılmış 11 Rusiya vətəndaşı hələ də həbs altında qalır.

Xatırladaq ki, Bakıdan jest gözləyən Kreml özünün (sonuncu məhkəmə dünən keçirildi) qondarma cinayət işi ilə Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinskini 23 və onunla birlikdə həbs olunan Səfərov qardaşlarından Aqifi 23, Ayazı 22, Kamalı 18, Bəki və Məzahiri isə 13 il müddətinə həbs cəzasına məhkum edəcəyi gözlənilir. Bundan başqa Şucayəddin Rəcəbov üçün 15 il həbs cəzası istənilib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar