Ru
10:02 / 01 Dekabr 2025

Krikorovun konsertində dava – Açılış mərasimində mübahisə – VİDEO

Krikorovun konsertində dava – Açılış mərasimində mübahisə – VİDEO
Eye

Moskvanın Qırmızı meydanındakı GUM-buz meydançasının açılış mərasimində Filipp Kirkorovun prodüsseri Maksim Sitniklə blogger Suad Muratoviç arasında dava düşüb. Hadisə açılışın davam etdiyi zaman – axşam saatlarında baş verib.

Bakupost.az xəbər verir ki, tərəflər əvvəlcə buz üzərində mübahisə ediblər, daha sonra qarşıdurma meydançadan kənarda davam edib. Ətrafdakılar dalaşanları ayıraraq münaqişənin böyüməsinin qarşısını alıblar.

İlkin versiyalara əsasən, insidentə Muratoviçin Kirkorov haqqında istehzalı ifadələr işlətməsi səbəb olub. Sitnik bloggerin davranışına etiraz etdikdən sonra tərəflər arasında gərginlik yüksəlib. Hadisə iştirakçılarından heç biri polisə müraciət etməyib.

Dava açılış mərasiminin gedişinə qısamüddətli fasilə yaratsa da, tədbir davam etdirilib. Kirkorov münaqişə zamanı prosesə qarışmayıb və insident ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Cavid, BakuPost





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar