Ru
20:34 / 06 Aprel 2026

"Krokus" teraktı ilə bağlı saxlanılan şəxs intihar etdi

"Krokus" teraktı ilə bağlı saxlanılan şəxs intihar etdi
Eye

“Krokus Siti Holl”da törədilən terror aktı üzrə məhkum olunan şəxslərdən biri intihar edib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.

Məlumata görə, söhbət xüsusi rejimli koloniyada ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 37 yaşlı Yakubcan Yusufzadədən gedir. Həmin şəxsdə mexaniki asfiksiya əlamətləri qeydə alınıb. Hadisə yerində istintaq orqanları işləyir, baş verən hadisənin bütün təfərrüatı müəyyənləşdirilir.

İstintaqın məlumatına görə, o, hücumdan bir neçə gün əvvəl terror aktının icraçıları üçün yaşayış yerinin ödənilməsi məqsədilə pul vəsaitləri köçürüb, vəsaitlərin bir hissəsini isə cinayət törədildikdən dərhal sonra onlardan birinə göndərib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar