D vitamini, sümüklərin inkişafı, hüceyrələrin böyüməsində önəmli rol oynayır. Əgər orqanizmdə vitamin çatışmazlığı olarsa, bu, sümüklərdə bir sıra dəyişkənliyə gətirib çıxarar ki onlardan ən vacibi raxit xəstəliyidir. Bunun üçün vitaminin normal miqdarda qəbulu şərtdir.
Günümüzdə apteklərdə bir çox D3 tərkibli vitaminlər satılır. Hər pediatr isə eyni dərman preparatını yazmır. Bu da alıcılarda çaşqınlıq yaradır.
Mövzu ilə bağlı
Medicina.az-a pediatr Xəyalə Quliyeva açıqlama verib. Həkimin sözlərinə görə, bu preparatı alan zaman tərkibinin yalnız D3 olduğuna önəm vermək lazımdır.
"Valideynlər ciblərinə uyğun istənilən D3 vitaminini ala bilər. Bahalı, ucuzluğu və ya hansı firmanın olması fərq etməz” – deyə pediatr bildirib.
Son zamanlar "Akvadetrim” və "Simbavit” dərmanları ən çox alınan D3 vitaminləri sırasındadır. Hansının daha keyfiyyətli olması isə valideynlərdə sual doğurur. Bəziləri akvadetrim vitamininin tərkibində spirt olduğunu və buna görə məsləhətli olmadığını deyirlər. Digər qisim isə simbaviti pisləyərək digər preparatı üstün tutur.
X.Quliyeva valideynlərin bosuna narahat olduqlarını və sözügedən vitaminlərin arasında elə bir böyük fərqin olmadığını vurğulayıb.
"Akvadetrimin tərkibində olan spirt benzil spirtidir ki bu da təhlükə törətmir. Valideynlər etil spirti ilə benzil spirtini qarışdırmasınlar. Bu tərkibdə olan spirt bir çox şirniyyatların daxilinə qatılır. Bunun bu qədər şişirdilməsi düzgün deyil. Uşaqlar üçün heç bir təhlükədən söz gedə bilməz. Bir çox dərmanların da tərkibinə qatılır. Akvadetrim normal preparatdır və istifadə edilməsinin heç bir zərərli təsiri yoxdur”.
"Bəzi valideynlər ixtiyari olaraq (bəzən isə zökəm bronxit və ya pnevmoniya olduğu zaman ana özbaşına kəsir), bəziləri isə həkim göstərişi əsasında bu vitaminin verilməsini dayandırır. Bu düzgündür” sualını cavablandıran X.Quliyeva bunun yanlış hərəkət olduğunu vurğulayıb.
"Uşaq o zaman bu tələbatı tam ödəmiş olur ki, heç bir paltar geyinmədən yalnız pampers ilə yarım saat, 1 saat günəş şüaları altında qalsın. Analar əksər zaman uşağını geyindirərək, papaq taxaraq gəzdirir. Bununla da körpə lazımı D vitamini ala bilmir. Südəmər körpəyə isə xüsusilə verilməlidir. Əksər D vitamini gün ərzində bir qaşıq suda təyin olunan miqdarda həll olunaraq verilir, yeməkdən öncə və ya sonra olmasının fərqi yoxdur” –deyə pediatr bildirib.
Qeyd edək ki, D3 vitamini körpəyə iki həftəsindən başlayaraq 2 yaşına qədər verilməlidir. Almaniyada bu göstərici 5, Türkiyədə 3 yaşına kimidir.
Uşağın 9 yaşı var. Mən hansı D vitamini verə bilərəm?
Salam mənim oğluma həkim akvadetrin d2 yazmışdı həkim, sonra həkimizi deyişəsi oldum, akvadetrin d2 məsləhət görmədi,merixol d2 yazdı,sizcə merixol yaxşı vitamindi gündə beş damcı verirem
Uşaq doğulandan Duz 2yasa kimi D vitamini yay qış yeni yaz payız fərq etməz hər gün verilməlidir Günlük doza 500-600vahiddir.
Salam men Siberian Wellness ( sibirski zdarovya) vitamn d3 gunde 1 damci verirem qizim 10 aylqdi ozumde onu istifade edrem hem boyuk hemde usaqlar ucundu kalciumda ordan isledr eladi ziyansz
Salam hekim 3 yaw qizimda d eksikloyine karwi Adran d yazdi nasil ilac
Mənə pediatrım biosun D3 vitamini yazmışdı tərkibi zeytun yağı və D3 vitaminidi çox xeyrin gördüm uşağa əvvələr Akvadetrim verirdim yuxu prablemi olurdu yatmırdı bu vitaminə keçənən yuxusuda qaydasına düşüb mən biosun məsləhət görərdim
Salam menimde usagimin 3 yasi var raxetdiyi var deyiler hekimler istiyrem usagin raxetdiyine gore vitamin verim siz ne meslehti gorurusz hansi dermani verim hekim
Salam mənim uşağ 2 yaş 1 aylıqdı de vitamini içməyib hansınnan verə nilərəm mənə məsləhətiniz
Salam məmim 4 yaşda oğlum.1 yaş 2 həftəlik qızım var mən d vitaminini necə verim
Salam menim qizim 11 ayliqdir men evveller hekim mesleheti ile akvatetrim d3 vit verirdim sonra basqa bir pediatra meslehet etdim o deyisib Delayf d3 vitaminin meslehet gordu .ele disinide 11 ayliqinda cixartdi
Menim oglum 3ayligdi 4cu gununden depovit 50000Tv her gun 1damci gunduz sat 12yecen verirem. 3yawacan vermek meslehetlidi. Agua d3 terkibinde spirt oldugundan acidi dadi uwaglar sevmir. Hekimle meslehetlewerek verin uwaga dermani . Imkaniniz varsa taniw varsa xaricden getirilen derman alin. Guvenli olsun deye
Qizim 4 ayina teze kecob hekim alfodol d vitamini yazim.sizce bu d vitamini yaxwidirmi
Salam. Mende korpe 4 ayliqdi. Emgeyi cox kicik olduguna gore hekim d vitaminini vermeye qoymur. Duzgundurmu?
Devalon d3 oral damci.bu dermani yenidoğulmus usaga vermey olarmi?
Salam mənim oğlumun ağzı yara edir 2- 3 aydan bir. nədən ola bilər ?