Ru
11:47 / 11 Fevral 2026

Kuryeri bıçaqlayıb, apardığı qızılları qaçıran şəxs tutuldu - VİDEO

Kuryeri bıçaqlayıb, apardığı qızılları qaçıran şəxs tutuldu - VİDEO
Eye

Paytaxtın Nərimanov rayonunda quldurluq hadisəsi baş verib.


Bakupost.az xəbər verir ki,bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs sifariş verdiyi qızıl-zinət əşyalarını kuryer qismində ünvana çatdıran zərərçəkənə bıçaqla xəsarət yetirib və məhsulu götürərək hadisə yerindən uzaqlaşıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı Mehman Maqsudov müəyyən olunaraq saxlanılıb.

Onun üzərindən narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin də aşkarlanıb. M.Maqsudovun quldurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Şöbə əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə paytaxt sakininin “VAZ 2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı İbrahim Məmmədov da saxlanılıb.

Qeyd edilib ki, İ.Məmmədov qaçırdığı avtomobillə qəza törətdikdən sonra hadisə yerindən uzaqlaşıb. Araşdırmalarla onun bir müddət əvvəl daha iki nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarını və 1 yük avtomobilin akkumulyatorunu oğurladığı məlum olub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar