Ru
13:25 / 11 Fevral 2026

Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu - VİDEO

Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu - VİDEO
Eye

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.


Bakupost.az xəbər verir ki, FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar