Ru
15:49 / 11 Fevral 2026

Nərimanın transfer dəyəri 2 dəfə artdı – ABŞ klubu hücumçu barədə video paylaşdı – FOTO

Nərimanın transfer dəyəri 2 dəfə artdı – ABŞ klubu hücumçu barədə video paylaşdı – FOTO
Eye

Xəbər verdiyimi kimi, “Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin ABŞ-nin MLS liqasında çıxış edən “Columbus Crew”ya transfer olundu.

Ohayo təmsilçisi 22 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzaladı.



ABŞ klubu rəsmi sosial media hesablarında Azərbaycanlı futbolçunun fanatlarına təqdim edib. “Columbus Crew”un baş meneceri İssa Tall palaşımında, “Nəriman komandamıza əlavə bir ölçü qatacaq fərqli bacarıq dəsti gətirir. Onun texniki keyfiyyətləri və yüksək iş tempi oyun üslubumuza çox uyğundur.

Gənc yaşına baxmayaraq, Nəriman artıq ölkə daxilində, Avropa səviyyəsində və milli komandada dəyərli təcrübə qazanıb. Onu “Columbus”da salamlamaqdan məmnunuq və klubumuzda inkişafını səbirsizliklə gözləyirik”, – yazıb.

ABŞ klubu futbolçu üçün ağdamlılara 2.5 milyon avro ödəyəcək.

Qeyd edək ki, bu transferdən sonra azərbaycanlı futbolçunun transfermarkt.com-dakı dəyəri iki dəfə bahalaşaraq 2.5 milyon avro olub. Bu rəqəm bir ay əvvəl 1.2 milyon idi.

Fateh, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar