Ru
15:34 / 11 Fevral 2026

Rəna Məmmədova vəzifəsindən azad olundu

Rəna Məmmədova vəzifəsindən azad olundu
Eye

Tovuz Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi vəzifəsindən azad olunub.


Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu, icra hakimiyyəti strukturlarında edilmiş dəyişikliklərlə bağlı olub.

İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi ləğv edilib və onun yerinə Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi yaradılıb. Nəticədə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Rəna Balakişi qızı Məmmədova vəzifəsini itirib. R.Məmmədova yeni işlə təmin edilmədiyi üçün başçının sərəncamına götürülüb.

İcra başçısının əmri ilə Rəhman Yaşar oğlu Zeynalov Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsində məsləhətçi vəzifəsinə təyin olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar