İranın Məhkəmə-Ədliyyə Sisteminin İnsan Haqları Qərargahının keçmiş katibi Cavad Laricani bildirib ki, ölkə texniki baxımdan iki həftədən az müddətdə nüvə bombası istehsal edə biləcək potensiala malikdir, lakin ali rəhbərin bunu qadağan edən fətvası belə bir addıma mane olur.
Bakupost.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
“Ölkə iki həftədən az müddətdə atom bombasına sahib ola bilər, amma biz dinimizə sadiqik”, - Laricani çıxışında söyləyib.
O, müharibə halında hər iki tərəfin məhdudiyyətləri olacağını və Xameneyinin nüvə silahlarının hazırlanmasının yolverilməzliyi ilə bağlı fətvasının şiə hüququ tarixində geniş əsaslara malik olduğunu vurğulayıb.
Laricani eyni zamanda ölkənin qabiliyyətlərinin inkişaf etdirilməsinin tərəfdarı olduğunu, lakin dini və siyasi məhdudiyyətlər çərçivəsində hərəkət ediləcəyini deyib.
İranda din də varmış?