Ru
22:05 / 01 İyul 2026

Ləman Ələşrəfqızını aldatdılar - FOTO

Ləman Ələşrəfqızını aldatdılar - FOTO
Eye

Tanınmış jurnalist, LAF TV-nin direktoru Ləman Ələşrəfqızı kiberdələduzların hədəfinə tuş gəlib.


"Bakupost" xəbər verir ki, bu barədə jurnalist özü məlumat yayıb.

O naməlum şəxsin Ümid Partiyasının sədri İqbal Ağazadənin adından Teleqram hesabı vasitəsilə ondan pul istədiyini bildirib:

“Həmin şəxs İqbal Ağazadənin adı ilə “Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa atın, 2-3 saata göndərəcəm” yazdı. Mən də heç nə soruşmadan “baş üstə, İqbal bəy” dedim. Ardınca daha 420 manat istədi, kartımda olan 300 manatı da göndərdim. Toplam 600 AZN köçürəndən sonra həmin şəxs teleqram vasitəsilə qısa zəng etdi və daha 340 manat istədi. Yalnız onda şübhələndim. Zəng etdim, qaldırmadı. İqbal bəyin öz nömrəsinə yığanda məlum oldu ki, onun hesabı oğurlanıb və bu barədə Feysbukda məlumat paylaşıb”.

Mövzu ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar