Ru
20:16 / 01 İyul 2026

Aİ Cənubi Qafqaza 200 milyon avro qrant ayıracaq

Aİ Cənubi Qafqaza 200 milyon avro qrant ayıracaq
Eye

Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracaq.


"Bakupost" xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

“Bizim “Qlobal Şəbəkə” İnvestisiya Proqramımız var və bu proqram çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracağıq. Bu, dövlət və özəl sektordan, ümumilikdə, 2 milyard avroyadək investisiyanın cəlb edilməsinə imkan yarada bilər. Layihələrə, məsələn, Naxçıvan üzərindən dəmir yolu bağlantısının yaradılması və Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər“, - Avropa Komissiyasının Prezidenti qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar