Ru
13:29 / 17 Aprel 2026

Livanda 10 günlük atəşkəs elan edildi

 Livanda 10 günlük atəşkəs elan edildi
Eye

ABŞ prezidenti Donald Tramp Livanda 10 günlük atəşkəs əldə olunduğunu açıqlayıb.

Bakupost.az xəbər verir ki, razılaşma Cozef Aun və Benyamin Netanyahu ilə aparılan danışıqlardan sonra əldə edilib.

Məlumata görə, atəşkəs İsrail ilə Livan arasında son həftələrdə davam edən qarşıdurmanı dayandırmağı hədəfləyir. Razılaşmadan sonra İsrail və Livan liderlərinin uzun illərdən sonra ilk dəfə görüşəcəyi gözlənilir.

Bildirilib ki, atəşkəs Livanda gecə yarısından qüvvəyə minib. Bununla belə, bəzi bölgələrdə ara-sıra atışmaların davam etdiyi də qeyd olunur.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar