Ru
14:28 / 21 Oktyabr 2016

Liviya: Qəddafisiz və dövlətsiz 5 il – Bu ölkəni hansı maraqlar yıxdı (Təhlil)

Liviya: Qəddafisiz və dövlətsiz 5 il –  Bu ölkəni hansı maraqlar yıxdı (Təhlil)
Eye

Dünən Bütün dünya mətbuatı Qəddafidən yazırdı. Onun necə öldürülməsi, Liviyadakı vəziyyət yenidən gündəmə gəldi. Səbəb isə məhz bu tarixdə diktatorun dəhşətli işgəncə ilə öldürülməsi idi – 20 oktyabr 2011-ci il.   



Qəddafinin öldürülməsi kimə lazım idi? Bu proseslərdə Liviya xalqı nə qazandı? Bu hadisədən sonra Liviyada nələr baş verdi?

"RİA Novosti” bu və ya digər suallara cavab ola biləcək araşdırma yazı hazırlayıb. BakiPost.az həmin materialı Azərbaycan dilində təqdim edir: 

 



 

20 oktyabr 2011-ci ildə dəstək məqsədi ilə İraqda olan NATO qoşunları 42 il ardıcıl olaraq ölkəyə rəhbərlik etmiş polkovnik Muammar Qəddafini tutub üsyançılara təhvil verdi və onlar da onu qətlə yetirdilər. O zaman Liviyada, əslində, qəbilələrarası zəmində yaranan və 6 ildir, səngimək bilməyən vətəndaş müharibəsi alovlanırdı. Dövlət orqanlarını bunun qarşısını almaq üçün nə qədər cəhd edirdilərsə, heç bir nəticəsi olmurdu. İqtisadiyyat çökmüşdü. Krizis sonda xaosla əvəz olundu, bütün region üçün təhlükə törənə biləcək bir vəziyyət yarandı və bu da qərb nəhəng güclərinə şans yaratdı ki, qanunsuz olaraq Şimali Afrika ölkələrinin siyasi quruluşunu dəyişdirsinlər. Dostluq lideri və inqilabın rəhbəri - keçən əsrin 70-ci illərinin sonunda bütün dövlət postlarından imtina edərək, yalnız Liviyanın silahlı qüvvələrin Baş komandanı vəzifəsini özündə saxlayan polkovnik Qəddafi özünü belə adlandırırdı. Əslində, o de - fakto ölkənin qeyd - şərtsiz və yeganə rəhbəri idi. 



2011-ci ilin yayında, 17 fevral inqilabından sonra ölkədə vətəndaş müharibəsi şiddətləndi və Qəddafi qanundankənar elan edildi - Beynəlxalq məhkəmə diktator barəsində qətllər, qeyri-qanuni həbslər və qanunsuz nəzarət altında saxlama maddələri ilə ittiham irəli sürərək onun həbs edilməsi barədə hökm çıxardı. Payızda NATO-nun hərbi müdaxiləsinə arxalanaraq, müxalif hərbi birləşmələr demək olar ki, ölkənin bütün ərazisinə nəzarət etməyə başladılar. Sonuncu ələ keçirilən polkovnikin vətəni Sirt şəhəri həm də onun həlak olduğu yer oldu. Milli keçid şurası adı altında döyüşən üsyançılar faktiki olaraq onu təhqiramiz şəkildə tikə-parça etdilər - burada iştirak edənlərdən kiminsə mobil telefonla çəkdiyi bu dəhşətli işgəncə kadrları bütün dünyaya əks - səda verdi. 

 



"Qəddafi məhkəmə hökmü ilə edam edilmədi - o cinayətkarcasına qətl edildi, çox güman ki, nə vaxtsa, bu məsələ araşdırılacaq və qanuni həllini tapacaq" - Rusiya XİN Diplomatik akademiyasının Beynəlxalq Aktual Problemlər institutunun Avroasiya Təhqiqatları mərkəzinin rəhbəri, diplomat, 80-ci illərin ikinci yarısında SSRİ-nin Liviyadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Oleq Peresıpkin belə düşünür. 

 





"Qəddafinin öldürülməsində günahkar olanları tapa bilməzlər. Onu vəhşiləşmiş banda qətlə yetirdi, hansı ki, bu işi banda üzvlərindən kimin törətdiyini dəqiqləşdirmək mümkün deyil. Əgər nə vaxtsa o şəxsi tapsalar belə, çətin ki, onu mühakimə etsinlər", -  Oleq Peresıpkin deyir.



 Qəddafisiz beş il: böyük xaosun ibrətamiz dərsləri



 "Tripolini və Sirti heç bir üsyançı azad etməyib - bu Qərbin muzdluları və quldurları tərəfindən həyata keçirildi. Muammar Qəddafi NATO-nun xüsusi əməliyyatı nəticəsində ələ keçirildi, sonra o bir bandadan digərinə ötürüldü ki, onlar bəhsə düşərək, onu öldürmək "şərəfini" əldən verməsinlər. Biz uzun müddət əsil həqiqəti bilməyəcəyik. Amma bu həqiqət gec və ya tez bütün dünyaya məlum olacaq", - deyə Rusiyanın Liviya və Suriya xalqları ilə həmrəylik Komitəsinin sədri Sergey Baburin təsdiq edir ki, vaxt gələcək, Qəddafi dövrünün ən görkəmli şəxsiyyəti kimi təsdiq olunacaq. 

 





Qəddafinin öldürülməsi təhqiq edilməyib. Beş il ötməsinə baxmayaraq, Liviyanın özündə əvvəlki kimi 17 fevral inqilabının iştirakçıları hələ də qəhrəman kimi üstünlük təşkil edirlər. Bu ona görə baş vermir ki, bu inqilab ölkənin bölünməsinə, vətəndaş müharibəsinin genişlənməsinə apardı, əksinə, onlara elə gəlir ki, bu inqilabla Qəddafinin rəhbərliyi altında batmış bir ölkəni ağ günə çıxardılar. Ölkənin düçar olduğu bütün dəhşətlərə baxmayaraq, yaxşılaşmağa doğru ümid etmək hələ ki, tezdir. 



Qəddafi kimə mane olurdu? Oleq Peresıpkinə görə bunun səbəbi Qərbin və xüsusilə də ABŞ-ın Qəddafini devirmək istəyi idi ki, Liviya iqtisadi cəhətdən çöksün. "Müxtəlif mənbələrə görə Qəddafi Qərbdə və ABŞ - da 180 milyard dollarlıq qiymətli kağızdan ibarət sərmayə yatırmışdı. İndi əlbəttə bütün bu pullar və çoxsaylı daşınmaz əmlaklar müsadirə olunub və dəxili olmayan ölkələrin nəzarətinə keçib", - diplomat deyir.

 Britaniyanın Liviyadakı hərbi əməliyyatlarda iştirak etməsi saxta fərziyyələrə əsaslanırdı



 "Onun aradan qaldırılması üçün əhəmiyyətli səbəb - Qərbin sosial sferada özünə əhəmiyyətli rəqib görmək istəməməsi idi, hansı ki, Qəddafi bunu bütün dünyaya "cəmahiriyyə", cümhuriyyət obrazında təqdim etmişdi. Bu, Qərb demokratiya modelinə uyğun gəlmirdi, çünki bu model çoxəsrlik ərəb milli ənənəsinə uyğun idi, amma özündə müasirliyi də ehtiva edirdi. Qərb siyasətçilərinə elə gəlirdi ki, tez və ya gec, Qəddafi bu modeli dövlət quruculuğu modeli kimi dünyaya tanıtdıracaq" - deyə Sergey Baburin qeyd edir. 

 





Puç olan arzular 



Lukyanova görə indiyə qədər əhalinin əksəriyyəti hələ də ümid edir ki, yeni Liviya qurulacaq və onların ölkəsi dünya iqtisadi və siyasi sisteminə inteqrasiya edəcək, hansı ki, Qəddafi guya, Liviyaya bu sahədə imkan verməmişdi və ölkəni xaricdən təcrid etmişdi. Xüsusilə bu əhval - ruhiyyə gənc liviyalılar arasında yayılır. Demoqrafik vəziyyət isə Liviyada özünəməxsus haldadır: əhalinin 60 faizini 29 yaşa qədər gənclər təşkil edir. "Ərəb baharı”nın nəticəsində Liviya ağır bir yara aldı, hansı ki, bunun ən çox təsirini sadə xalq hiss etdi. Liviya rəsmi statistikasında hələ indiyə qədər nə qədər insanın həlak olduğu dəqiqləşməyib. 2011-ci il müharibəsinin 8 ayı ərzində 5500 nəfərin həlak olduğu bildirilir. Sonrakı 3 il ərzində əlavə 4000 nəfər həyatını itirib. Qarşılıqlı mübarizə düşərgəsinə yenidən çevrilən son iki ildə isə daha 3400 nəfər ölüb. Bütün bunlara rəğmən qərb mətbuatı hələ "Azad olunmuş Liviya" yazır, hansı ki, əhalinin üçdə-birindən çoxu həlak olub. 

 





Lavrov: "ABŞ-ın Liviyaya müdaxiləsindən sonra bir çox ölkələr nüvə silahına sahib olmaq barədə düşündü" 



"Ölkə birliyini, sabitliyi, qayda - qanunu itirdi. Ümumxalq səsverməsi ilə seçilmiş parlament və azad KİV əldən verildi. Parlament iki hissəyə bölündü, KİV bir-birinə müxalif ayrı-ayrı qrupların əlinə keçdi. Ən təhlükəlisi isə qəbilə antoqonizminin siyasiləşməsi, dini qüvvələrin daim gərgin münaqişəsi ölkəni heç vaxt qurtula bilməyəcəyi yarım-müharibə vəziyyətində saxlayır" - Yuri Zinin deyir. 





Geriyə yol varmı? 



Qəddafi diktaturasından qurtulan Liviya xalqı bütün parametrlərlə geriyə düşdü. Dövlət institutları dağıldı, iqtisadiyyat çökdü - ölkənin sərvətinin əsasını təşkil edən neft hasilatı 4 dəfə aşağı düşdü. Ölkəni radikal islamçıların ələ aldığını iddia edən ABŞ yenidən Liviyanın ərazisini bombalayır. Liviya ağır krizis dövrünü yaşayır. Bu suverenlik krizisidir, bu, milli kimlik, təhlükəsizlik krizisləridir. Qərb mətbuatının yazdığı kimi, indi "Liviya problemi" milli xüsusiyyətdən məhəlli xüsusiyyətə transformasiya etmişdir.

 

 


Ölkə bütün Yaxın Şərq və Şimali Afrika ölkələri içərisində ən qeyri-stabil ölkə kimi tanınır. Buna baxmayaraq, Liviya varlı ölkə kimi tanınmaqdadır. Onun geniş təbii sərvətləri var. Məsələ ondadır ki, Liviya neftinin cüzi bir hissəsi azad bazara çıxarılır. Tripolidəki vəziyyətin kəskinləşməsi narahatlıq doğurur. BMT-nin səyinə baxmayarq Liviyada birlik yaratmaq hələ ki, mümkün olmayıb.

 

Ölkədə iki hərbi - siyasi blok fəaliyyət göstərir. İki blok sanki üç dövlətdir. Liviyada sabitliyə nail olmaq üçün bütün ərəb dövlətləri səyini əsirgəməməlidir. Məsələn çoxlu sadə liviyalının və siyasi qaçqınının olduğu Misir daha çox kömək edə bilər. Amma bir sual adamı düşündürür - ölkədən kənara qaçmaq məcburiyyətində olan bu qədər liviyalıların içində Muammar Qəddafi kimi biri tapılacaqmı ki, ölkəni bu cəhənnəmdən xilas etsin? Böyük sualdır.

 

Əli

Bakı Post


Liviya: Qəddafisiz və dövlətsiz 5 il –  Bu ölkəni hansı maraqlar yıxdı (Təhlil)
Liviya: Qəddafisiz və dövlətsiz 5 il –  Bu ölkəni hansı maraqlar yıxdı (Təhlil)
Liviya: Qəddafisiz və dövlətsiz 5 il –  Bu ölkəni hansı maraqlar yıxdı (Təhlil)
Liviya: Qəddafisiz və dövlətsiz 5 il –  Bu ölkəni hansı maraqlar yıxdı (Təhlil)
Liviya: Qəddafisiz və dövlətsiz 5 il –  Bu ölkəni hansı maraqlar yıxdı (Təhlil)
Liviya: Qəddafisiz və dövlətsiz 5 il –  Bu ölkəni hansı maraqlar yıxdı (Təhlil)
Liviya: Qəddafisiz və dövlətsiz 5 il –  Bu ölkəni hansı maraqlar yıxdı (Təhlil)
Liviya: Qəddafisiz və dövlətsiz 5 il –  Bu ölkəni hansı maraqlar yıxdı (Təhlil)
Liviya: Qəddafisiz və dövlətsiz 5 il –  Bu ölkəni hansı maraqlar yıxdı (Təhlil)
Liviya: Qəddafisiz və dövlətsiz 5 il –  Bu ölkəni hansı maraqlar yıxdı (Təhlil)
Liviya: Qəddafisiz və dövlətsiz 5 il –  Bu ölkəni hansı maraqlar yıxdı (Təhlil)
Liviya: Qəddafisiz və dövlətsiz 5 il –  Bu ölkəni hansı maraqlar yıxdı (Təhlil)
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar