Ru
16:40 / 08 Avqust 2025

Lukaşenko hakimiyyətdən gedir? - Planlaşdırmıram...

Lukaşenko hakimiyyətdən gedir? - Planlaşdırmıram...
Eye

Belarus Prezidenti Aleksandr Lukaşenko ümid edir ki, onun varisi ölkənin təkamül yolu ilə inkişafını davam etdirəcək.

Bakupost.az “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus dövlət başçısı Amerikanın “Time” jurnalına müsahibəsində bildirib.

Jurnalist qeyd edib ki, dövlət başçısının kiçik oğlu Nikolayı Qərb mediasında tez-tez Aleksandr Lukaşenkonun varisi kimi təqdim edirlər.

“Xeyr, o, varis deyil. Nə soruşmaq istədiyinizi bildim. Yox, yox, yox”, - Aleksandr Lukaşenko cavab verib.

Belarus dövlət başçısı növbəti müddətə yenidən prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırıb-planlaşdırmadığı məsələsinə də münasibət bildirib: “Xeyr, mən indi planlaşdırmıram”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar