Ru
16:37 / 08 Avqust 2025

Metroda doğulan uşağa bu ad veriləcək

Metroda doğulan uşağa bu ad veriləcək
Eye

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan uşağa Cəsur adı veriləcək.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında körpənin nənəsi deyib.

O qeyd edib ki, uşağın anasını səhər həkim yoxlanışına aparırmış: “Yolda ağrıları oldu. Sağ olsunlar hamı kömək etdi, vətəndaşlar da, işçilər də. Hər ikisinin vəziyyəti yaxşıdır. Nəvəm oğlandır. Adını Cəsur qoymaq istəyirik”.

Bildirilib ki, bu, ananın 2-ci hamiləliyi olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar