Ru
16:30 / 08 Avqust 2025

Zelenski məğlubiyyəti etiraf etdi: İtirilmiş ərazilərin qaytarılması artıq mümkün deyil

Zelenski məğlubiyyəti etiraf etdi:  İtirilmiş ərazilərin qaytarılması artıq mümkün deyil
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın nəzarətinə keçmiş ərazilərin Ukraynaya qaytarılmasının mümkünsüz olduğunu etiraf edib.

Bakupost.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti xəbər verib.

Bildirilir ki, Ukrayna Rusiyanın nəzarətinə keçmiş ərazilərin beynəlxalq tanınmaması şərti ilə atəşkəsin dayandırılmasını müsbət qarşılayardı.

Bununla belə, Zelenski artıq Silahlı Qüvvələrin köməyi ilə ərazilərin azad edilməsinin mümkün olmadığını və razılaşmaya nail olmaq üçün diplomatik yolların axtarılmasının zəruriliyini etiraf edib.

ABŞ-nin "Gallup" sosioloji xidməti tərəfindən keçirilmiş ictimai rəy sorğusunun nəticələrinə görə, sülh danışıqları yolu ilə münaqişənin tez bir zamanda başa çatmasını istəyən ukraynalıların payı 69%-ə çatıb ki, bu da 2022-ci ilin göstəricisindən üç dəfədən çox yüksəkdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar