Ru
16:47 / 24 İyul 2025

“M-Teatr”da Sveyqin məşhur əsəri nümayiş olunacaq

“M-Teatr”da Sveyqin məşhur əsəri nümayiş olunacaq
Eye

Avstriya dramaturqu Stefan Sveyqin məşhur əsərlərindən biri olan “AMOK” “M-Teatr”ın səhnəsində nümayiş olunacaq.

Bakupost.az xəbər verir ki, tamaşa 26 və 27 iyul tarixlərində, saat 19:00-da teatrsevərlərin ixtiyarına veriləcək.

Tamaşanın quruluşçu rejissoru və baş rollardan birinin ifaçısı Xalq artisti Vidadi Həsənovdur.

Rollarda Aydan Ağazadə, Nicat Məmmədov və Firudin Bağırlı çıxış edirlər.

Novellanı Vidadi Həsənov və Oksana Rəsulova səhnələşdirib.Tamaşanın bəstəkarı Əli Cəfərzadə, rəssamı Günel Abdullayeva, işıq rəssamı Samir Mehdiyevdir. Səhnə tərtibatı Rauf Əliyevə, foto çəkilişləri Pəri Arifqızına, səhnə dizaynı isə Ziya Ağaya məxsusdur.
Səs rejissoru Leyla Həsənova, xeroqraf Oksana Rəsulovadır.


Biletləri iticket.az saytından əldə etmək mümkündür.

“AMOK” - bir qadına qarşı öz insani və peşə borcunu yerinə yetirməyən bir həkimin hekayəsidir. Təsadüfü görüşdən faciəvi sonluğa, ani ölümdən əbədi ölümsüzlüyə qədər yaşanan ürək parçalayan bir həyat əhvalatıdır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar