Ru
22:30 / 21 Avqust 2025

Malayziyada qırıcı təyyarə qəzaya uğradı

Malayziyada qırıcı təyyarə qəzaya uğradı
Eye

ABŞ istehsalı olan F/A-18 Hornet qırıcı təyyarəsi Malayziyada qəzaya uğrayıb.

Bakupost.az xəbər verir ki, sosial şəbəkələrdə təyyarənin alovlandığı anın görüntüləri əksini tapıb.

Malayziya Kral Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı təyyarə Kuantandakı Sultan Hacı Əhməd Şah hava limanında uçuş-enmə zolağından qalxarkən alovlanıb.

Qısa uçuşdan sonra yanan Hornet yerə çırpılıb.

Hər iki pilot katapult edə bilib. Onlar hazırda xəstəxanadadırlar.

ABŞ istehsalı olan qırıcı təyyarənin qəzaya uğramasının dəqiq səbəbləri araşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar