Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) maliyyə yoxlamaları həyata keçirilir.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, yoxlamalar TƏBİB-in tabeliyində olan bütün xəstəxanaları əhatə edir.
Artıq bir aya yaxındır davam edən nəzarət tədbirləri zamanı bəzi maliyyə pozuntularının aşkarlanması barədə məlumatlar var.
Hazırda yoxlamalar davam edir və nəticələrlə bağlı rəsmi açıqlama hələlik verilməyib.