Ru
11:43 / 28 Oktyabr 2025

Zaurun oğlunun şairə verdiyi sualları "ədəbsizlik" adlandırdı

Zaurun oğlunun şairə verdiyi sualları "ədəbsizlik" adlandırdı
Eye

Aparıcı Zaur Kamalın verilişində oğlu Bartunun şair Cığatel İsaqızına verdiyi suallar tənqid edilib.

Bakupost.az xəbər verir ki, proqramda Bartu şairə həyat yoldaşı, illər əvvəl kirayədə yaşaması və bir müddət əvvəl avtomobil qəzasında dünyasını dəyişən balaca nəvəsi ilə bağlı sual ünvanlayıb. Onun "Gənc yaşında həyat yoldaşını itirən Cığatel xanım ikinci dəfə ailə qurmaq haqqında düşünüb" sualı şairi əsəbiləşdirib.

C.İsaqızı "Gənc yaşımda itirməmişəm. Həyat yoldaşımın 55 yaşı var idi, 6 ildir onu itirmişəm. Nə ailə qurmaq, elə şey olar? Nə pis söz dedin. Mən nənəyəm, nəvələrim var" cavabını verib.

Şair daha sonra ona ünvanlanan "Nəvə itkisi yaşadınız. Heç yuxularınıza gəlib sizdən nəsə istəyir" sualına "Yalvarıram ki, gəl yuxuma. Bircə dəfə gəldi yuxuma və dedi ki, nənə, mənə toxunmayın, yerim rahatdır" reaksiyasını verib.

Şairi özündən çıxaran isə illər əvvəl evinin yanması və kirayədə yaşaması haqda deyilənlər olub.

C.İsaqızı əsəbiləşərək "Hər kim o sualları sizə göndərib, bunu qurubsa, yaşadığımın yarısını yaşasın" sözlərini söyləyib.

Şairin qızı Leyla Camal "Öz aramızda" proqramında anasının həmin proqramdan sonra pis olduğunu, səhərə qədər ağladığını deyib:

"Cığatel xanıma uyğun olmayan, böyüklüyünə yaraşmayan suallar ünvanladılar. Çox hörmətsizlik etdilər. Ədəbsizlik idi, bəlkə sifarişlə oldu. Oradan qayıdandan sonra anam səhər saat 5-ə qədər ağladı. Keçmişində yaşadığı əziyyətli günlərlə onu vurdular. Körpə uşağın əlinə sual veriblər. Anam Süleyman dünyasını dəyişəndə ağladığı kimi ağladı".(Axşam.az)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar