Masallı Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi qeydə alınıb.
Bakupost.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sentyabrın 29-da saat 07 radələrində Yardımlının Avur kənd sakini 1993-cü il təvəllüdlü Afət Mətləb qızı Abbasova hamiləliyi ilə əlaqədar Masallıdakı xəstəxanaya çatdırılıb. Lakin bir qədər sonra qadın orada vəfat edib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.