Ru
12:06 / 30 Sentyabr 2025

Trampın Qəzza planına rəsmi Bakıdan dəstək - BƏYANAT

Trampın Qəzza planına rəsmi Bakıdan dəstək - BƏYANAT
Eye

Biz ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif olunmuş Qəzza münaqişəsinə son qoymaq üçün Hərtərəfli Planının elan olunmasını alqışlayırıq.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, davamlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir.

“Məhbusların və girovların mübadiləsi, əhalinin humanitar ehtiyacların qarşılanması uzun müddətli sabitləşmə və siyasi həll yolunda etimadın qurulması və gərginliyin azaldılması üçün həyati əhəmiyyət kəsb edir.

Yalnız dialoq və xoş niyyət vasitəsilə, mərkəzində iki dövlətli həllin olduğu uzun müddətli razılaşmaya nail olmaq mümkündür”, - məlumatda vurğulanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar