Ru
10:40 / 30 Sentyabr 2025

Gediş haqlarının artımı inflyasiyanı sürətləndirəcək - İqtisadçı

Gediş haqlarının artımı inflyasiyanı sürətləndirəcək - İqtisadçı
Eye

“Gediş haqlarının 20% artırılması ölkədəki illik inflyasiya göstəricisindən 14,4 faiz bəndi, orta aylıq əmək haqqının artım tempindən isə 11,5 faiz bəndi yüksəkdir”

Bakupost.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, belə artımların mənfi təsiri yalnız gündəlik gediş xərclərinin artması ilə məhdudlaşmır:

“Nəqliyyat xidmətlərinin maya dəyəri və istehlak səbətində xüsusi çəkisinin böyüməsi fonunda onlar ümumi inflyasiya göstəricilərinə yuxarı yönlü təzyiq göstərir, real əmək haqqının alıcılıq qabiliyyətini zəiflədir və sosial rifahda multiplikativ mənfi təsirləri gücləndirir.

Hələ bu da hamısı deyil. Ən pisi odur ki, inzibati qiymət artımı “pandemik yoluxucu” xüsusiyyətlərə malikdir. Səhv etmirəmsə, həkimlər buna “epidemioloji transmissiya effekti” deyirlər”.

Lalə Novruz,
Bakupost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar