Ru
17:31 / 09 Sentyabr 2025

Məcburi köçkün 30 il yaşadığı evi dağıtdı - ŞOK İDDİA +VİDEO

 Məcburi köçkün 30 il yaşadığı evi dağıtdı - ŞOK İDDİA +VİDEO
Eye

Ağdamdan olan məcburi köçkün ailəsinin 30 il yaşadığı evdən çıxmaq üçün sahibindən 20 min manat tələb etdiyi, pul verilmədiyi üçün isə evi sökərək yararsız hala saldığı iddia olunur.

Bakupost.az xəbər verir ki, bu barədə ev sahibi sosial şəbəkədə məlumat paylaşıb.

Onun sözlərinə görə, 1993-cü ildə Ucar rayonunda yerləşən “Azərittifaq”dan qalma quşçuluq fermasındakı evini Ağdamdan olan məcburi köçkün Əfəndiyev Vəli Haqverdi oğluna yaşamaq üçün verib. O bildirib ki, məcburi köçkün ailəsi bu yaxınlarda evi və fermanın bir hissəsini, ona məxsus sexi sökərək dağıdıb, texnikanı isə satıblar:

“Dedi ki, 20 min manat verməsən, erməni necə Ağdamı dağıdıbsa, mən də buranı dağıdacağam. Gedəndə də söküdülər. Transformatorumu, yem aparatımı satıblar, sexi dağıdıblar. Fermamda heç nə qalmayıb. Otaqlara baxın, görün nə günə qoyublar. Hamısını traktorla qəsdən söküblər. 30 il yaşamısan burada, nəyə görə sökürsən? Döşəmələri linglə deşiblər. Evin damını traktorla qopardıblar ki, sonradan burada yaşamaq mümkün olmasın. 20 ağacımı da kəsiblər”.

Lalə Novruz,
BakuPost

@huseyn.aqaev.tik

♬ оригинальный звук - Huseyn Aqaev tik tok

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar