Ru
14:04 / 13 Oktyabr 2025

Nazirlik Xalq artistinin qəbirüstü abidəsini hazırlamaqdan imtina etdi

Nazirlik Xalq artistinin qəbirüstü abidəsini hazırlamaqdan imtina etdi
Eye

Mədəniyyət Nazirliyi Xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina edib.

Bakupost.az bildirir ki, bu barədə APA-ya Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atası dünyasını dəyişəndən bir neçə gün sonra ailə abidənin hazırlanması üçün Mədəniyyət Nazirliyinə müraciət edib.

“Atamın vəsiyyəti belə idi ki, anamın yanında – ailə qəbiristanlığında dəfn olunsun. Hətta atamın vəziyyəti ağır olanda bu barədə nazirliyə məlumat vermişdim. Sonradan bizə bildirdilər ki, atam Fəxri xiyabanda dəfn olunmadığı üçün qəbirüstü abidəni hazırlaya bilməzlər”, – deyə Xalq artistinin qızı əlavə edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlansa da, cavab verilməyib.

Qeyd edək ki, Xalq artisti bu ilin mart ayında vəfat edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar