Ru
12:11 / 13 Oktyabr 2025

Reanimasiyaya yerləşdirilən direktordan xəbər var

Reanimasiyaya yerləşdirilən direktordan xəbər var
Eye

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhətində xeyli irəliləyiş var.

Bakupost.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında teatrın direktor müavini Azad Məmmədov deyib.

O, Yadigar Muradovun özünə gəldiyini bildirib:

"Əvvəlki günlərlə müqayisədə çox yaxşıdır. Özünə gəlib, danışır. Həkimlərin rəyi də müsbətdir. Ancaq hələ reanimasiyadadır. Yanına isə ancaq ailə üzvləri buraxılır. Müalicəsi davam edir".

Qeyd edək ki, bir neçə gün öncə Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhəti kəskin pisləşib. Aktyor Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar