Sabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad olunub.
Bakupost.az oxu.az-a xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Xatırladaq ki, İ.Şükürova bu vəzifəyə ötən ilin iyun ayında təyin olunub.