Suriya prezidenti Əhməd əl-Şaraa İŞİD və "Əl-Qaidə" ilə əlaqələrini kəsməsinin səbəbini açıqlayıb.
Bakupost.az xəbər verir ki, NBC News-un müxbiri Suriya prezidentindən İŞİD və "Əl-Qaidə"dən ideoloji fərqlərə görə ayrıldığını, yoxsa sadəcə öz məqsədlərinə çatmaq üçün onlarla əməkdaşlıq etdiyini soruşub.
“Əgər mən onlarla razılaşsaydım, onları tərk etməzdim”, - deyə Suriya lideri cavab verib.
Müsahibədə Suriya lideri onun başına pul qoyulması barədə sualı da cavablandırıb:
Jurnalist: May ayında Trampla görüşəndə o, sizi gözəl keçmişi olan, qətiyyətli insan kimi təsvir etdi.
Əhməd əl-Şaraa: Buna şübhə edirsiniz?
jurnalist: Bir neçə ay əvvəl başınıza 10 milyon dollarlıq mükafat qoyulmuşdu.
Əhməd əl-Şaraa: Bu, boş yerə pul itkisi olardı. Söhbət 25 il əvvəl baş vermiş hadisələrdən gedir. Onda mənim 17-18 yaşım var idi. Sənin indiki şüurun 20 il əvvəl olduğundan tamamilə fərqlidir.
Zaur,
BakuPost