Ru
09:39 / 13 Oktyabr 2025

Əlisəmid Kür vəfat etdi - Səlyanda dəfn ediləcək

Əlisəmid Kür vəfat etdi - Səlyanda dəfn ediləcək
Eye

Şair Əlisəmid Kür (Cəfərli) vəfat edib.

Bakupost.az xəbər verir ki, "Report"a şairin ailə üzvləri məlumat verib.

Məlumata görə, şairin vida və dəfn mərasimi Salyanda olacaq.

Qeyd edək ki, Əlisəmid Kür səhhətində yaranan problemlər səbəbindən sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib.

Daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilib. Şairin səhhətində irəliləyiş olmadığına görə o, bir neçə gün öncə ailəsinin razılığı ilə evə buraxılmışdı.

Xatırladaq ki, Əlisəmid Cəfərli (Əlisəmid Kür) 8 fevral 1954-cü ildə Salyanda anadan olub.

Uzun müddət Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb.

Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar