"Apple" şirkəti "Clips" adlı videoredaktorunu bağlayıb.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, tətbiq "App Store"dan çıxarılıb, "Apple"ın texniki dəstək səhifəsində isə göstərilir ki, "Clips" artıq inkişaf etdirilmir və 2025-ci il oktyabrın 10-dan etibarən yeni istifadəçilər üçün əlçatan deyil.
Xatırladaq ki, "Clips" 2017-ci ildə istifadəyə verilmişdi. Tətbiq musiqi, filtrlər və yazılarla qısa video yaratmaq üçün nəzərdə tutulmuşdu.