Önümüzdəki həftələr Çinin ABŞ-la ticarət müharibəsi başlatmaq istədiyini, yoxsa “ağıllı” davranmağa hazır olduğunu göstərəcək.
Bakupost.az axar.az-aistinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.
"Ümid edirəm ki, onlar ağlın yolunu seçərlər",- o bildirib.
Vens vəziyyəti "həssas" adlandıraraq, çox şeyin Çinin reaksiyasından asılı olacağını qeyd edib:
"Onlar son dərəcə aqressiv şəkildə cavab versə, sizə zəmanət verirəm ki, ABŞ prezidenti Çindən daha çox karta sahibdir. Əgər onlar ağıllı olmağa hazırdırlarsa,Tramp da həmişə ağıllı danışıqlar aparmağa hazırdır".