Ru
09:59 / 13 Oktyabr 2025

"Vüsal 300" həbsdən buraxıldı

"Vüsal 300" həbsdən buraxıldı
Eye

Bir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb.

Bakupost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsi qərar verib.

Qeyd edək ki, V.Abbasov bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur.

Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakları girov saxlamaqla qanunamüvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.

Sosial şəbəkələrdə yayılan görüntülərdə "Vüsal 300"ə məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulduğu və Xətai rayon Prokurorluğu tərəfindən möhürləndiyi görünür.

Onu da qeyd edək ki, "Vüsal 300" Bakıda ən bahalı maşınları icarəverən kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar